Xəzər Xəbər

Kolleclərdə müəllimlik ixtisasının ləğvi təhsildə keyfiyyəti artıracaq? VİDEO

Veb TV | 21:05 • 16 Fevral 2025
Kolleclərdə müəllimlik ixtisasının ləğvi təhsildə keyfiyyəti artıracaq?

Kolleclərdə müəllimlik ixtisasının ləğvi məsələsi yenidən gündəmə gəlib.

Xezerxeber.az-ın xəbərinə görə, ötən günlərdə Elm və təhsil naziri Emin Əmrullayev kolleclərdə müəllimlik ixtisasının ləğvi məsələsini gündəmə gətirib.

Bəs buna səbəb nədir və proses necə həyata keçiriləcək?

Təhsil eksperti Kamran Əsədov deyir ki, çox təəssüf ki, Azərbaycanda kolleclərin hazırladığı kadrlar bir çox hallarda əmək bazarının tələblərinə və müasir standartlara cavab vermir.

Ekpert hesab edir ki, kolleclərdə tədrisin keyfiyyətinin artırılması, hazırlanan kadrların əmək bazarının tələblərinə cavab verməsi istiqamətində ciddi addımlar atılmalıdır.

Müxtəlif ixtisaslar üzrə kollecdən məzun olanlar heç də bütün siniflərdə dərs apara bilməz. Əgər onların diplomlarında yalnız ümumitəhsil pilləsi üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq yazılıbsa, onlar yalnız 9-cu sinifə qədər dərs deyə bilirlər", - deyə ekspert qeyd edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti