Xəzər Xəbər

Bir qrup məktəbli şagirdi döyüb - "Orada həmişə dava olur" VİDEO

Veb TV | 21:44 • 13 Fevral 2025
Bir qrup məktəbli şagirdi döyüb - "Orada həmişə dava olur"

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 280 nömrəli mətkəbin ərazisində bir qrup məktəbli əlbir olaraq digər şagirdə qarşı zorakılıq ediblər. Bununla bağlı videogörüntülər yayılıb.

Xezerxeber.az-ın məlumatına görə, görüntülərdən aydın olur ki, bir qrup məktəbli əlbir olaraq digər şagirdə qarşı zorakılıq nümayiş etdirir.

Adıçəkilən məktəbə yollandıq. Özünü məktəbin təsərrüfat müdiri kimi təqdim edən Rəhilə adlı şəxs iddiaların yalan olduğunu, hadisənin məktəb ərazisində baş verməyidini söylədi. Bizi sözügedən əraziyə apararaq hadisənin məhz bu ünvanda olduğunu bildirdi.

Həmin məktəbin aşağı sinif şagirdləri isə  hadisənin necə baş verdiyini danışdılar. 

Bəzi valideynlər isə hadisədən xəbərdar olmadıqlarını və görmədiklərini bildirdilər.

Bakı Şəhəri Təhsil İdarəsindən bildirilib ki, şagirdə qarşı məktəbdən kənar ərazidə fiziki təzyiqlə bağlı yayılmış görüntülər araşdırılır.

“İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur. Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır”.- deyə qeyd olunub.

DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, sosial şəbəkələrdə bir qrup yeniyetmə arasında insidenti əks etdirən görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti