Xəzər Xəbər

Sabunçu ərazisində neft kəmərlərinin mühafizə zolağinda hökm sürən zibillik VİDEO

Veb TV | 22:00 • 11 Fevral 2025
Sabunçu ərazisində neft kəmərlərinin mühafizə zolağinda hökm sürən zibillik

Neft borularının ətrafı zibilliyə qərq olub… Daşınmayan tullantıların elə oradaca yandırılması isə hər an faciəyə səbəb ola bilər...

Xezerxeber.az-ın xəbərinə görə, Bakının Sabuncu rayonu Elşən Mehdiyev küçəsinin sakinlər deyirlər ki, zibillərin daşınmaması ərazidə acınacaqlı vəziyyətin yaranmasına səbəb olub. Belə ki, ərazinin bir hissəsində tullantıların yığılmağı üçün konteynerlər qoyulsa da, digər ərazilərdə yoxdur. Bu azmış kimi, zibillik ərazi sahibsiz itlərin oylağına çevrilib.

Zibillərin yandırılması isə ərazinin yaxınlığında yaşayan ailələrin narahatlığını daha da artırır.

Problemlə bağlı Sabuncu Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, qeyd edilən ərazi SOCAR-ın neft kəmərlərinin mühafizə zolağına düşür. O səbəbdən də əraziyə məişət tullantıları üçün nəzərdə tutulan konteynerləri yerləşdirmək mümkün deyil. Sakinlər tərəfindən məişət tullantıları ətraf əraziyə pərakəndə şəkildə atılır. Buna baxmayaraq, Sabunçu Rayon İcra Hakimiyyətinin göstərişi ilə Rayon Kommunal Təsərrüfatı İdarəsi tərəfindən mütəmadi olaraq əraziyə xüsüsi texnika cəlb edilərək təmizlənilir. Bu ərazidən 15-20 metr məsafədə məişət tullantıları üçün bir neçə konteynerlər mövcuddur...

Buna baxmayaraq, çəkişlimişimizdən dərhal sonra əraziyə xüsusi texnikalar cəlb olundu və tullantılar təmizləndi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti