Xəzər Xəbər

Bakıdakı ''rus evi''nin məkanı boşaldılır VİDEO

Veb TV | 21:50 • 11 Fevral 2025
Bakıdakı ''rus evi''nin məkanı boşaldılır

Əvvəlcə rus dilindəki yazılar söküldü, sonra isə məkan boşaldıldı...

Xezerxeber.az xəbər verir ki, söhbət Bakının mərkəzi hissəsində yerləşən "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi, yəni "Rus Evi"nin ofisindən gedir.

Bu gün səhər saatlarından başlayaraq mərkəzin adının rus dilində yazılmış hissəsi sökülüb.

Bakıdakı "Rus Evi" öz də fəaliyyətini dayandırmaq üçün tədbirlər görməsi ilə bağlı  açıqlama yayıb. Açıqlamada deyilir ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar olaraq, "Rossotrudniçestvo"nun nümayəndəliyi - Bakıdakı "Rus Evi" öz fəaliyyətini dayandırmaq üçün tədbirlər görür.

Bu gün günorta satlarında isə "Rus Evi" nin fəaliyyət göstərdiyi məkanın boşaldılmasına başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti