Bu ilin sentyabr ayından Qarabağ Universitetindü Klinika və Tibb fakültəsi fəaliyyətə başlayacaq.
Xezerxeber.az-ın xəbərinə görə, təhsil eksperti Vüsal Kərimli hesab edir ki, universitetdə tibb fakültəsinin yaradılması və klinikanın fəaliyyətə başlaması zəruri addımdır. Bu, universitetin beynəlxalq reytinqini də qaldıracaq.
Həkim, müstəqil səhiyyə eksperti Rasif Bağırov isə deyir ki, Universitetin klinikasının yaradılması orda təhsil alacaq tələbələrin elmi və praktik fəaliyyətlə daha yaxşı məşğul olmasına şərait yaradacaq. Eskpert həmçinin tibb təhsilin keyfiyyətinin yüksək olması bəzi məqamlara diqqət yetirilməli olduğunu da bildirib.
Ekspert həmçinin vurğulayıb ki, qəbul zamanı ölkədə həkim çatışmazlığı olan sahələr nəzərə alınmalıdır.
Tibb Fakültəsində hansı ixtisasların olacağı, nə qədər tələbənin qəbul ediləcəyi ilə bağlı ətraflı məlumat almaq üçün Qarabağ Universiteti ilə əlaqə saxladıq. Universitetdən "Xəzər Xəbər"ə bildirildi ki, məsələ hələ ki, müzakirə mərhələsindədir. Yaxın zamanda yekun nəticə barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.