Xəzər Xəbər

Avtobus sürücüsü zolağı zəbt edən avtomobilləri çəkdi – Cəza veriləcəkmi? VİDEO

Veb TV | 21:25 • 7 Fevral 2025
Avtobus sürücüsü zolağı zəbt edən avtomobilləri çəkdi – Cəza veriləcəkmi?

Zabrat istiqamətində hərəkət edən "BakuBus"a aid avtobus sürücüsü sosial şəbəkədə maraqlı video paylaşıb.

Xezerxeber.az-ın xəbərinə görə, videoda zolaqda dayanan maşını çəkən avtobus sürücüsünün addımı müzakirələrə səbəb olub. Həmin yerdə obyektlərdə işləyənlər isə bildirdilər ki, obyektlərin qarşısına avtobus zolağı çəkiləndən onlara satılıq mal gətirib aparmaqla bağlı böyük problem yaranıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən isə bildirildi ki, yol hərəkəti qaydasını pozan sürücü barəsində qanunamüvafiq tədbir görüləcək.

Belə ki, avtobus zolağında nəqliyyat vasitəsinin dayanma durmasına görə, sürücü 2 cərimə balı, 100 manat məbləğində cərimə olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti