Xəzər Xəbər

Eritreyada həbs edilən gəmi heyətinin ailə üzvləri DANIŞDI: “Məlumat ala bilmirik” VİDEO

Veb TV | 21:10 • 7 Fevral 2025
Eritreyada həbs edilən gəmi heyətinin ailə üzvləri DANIŞDI: “Məlumat ala bilmirik”

Üç aydır Eritreya sularında girov götürülən üç gəmimiz və onların ekipaj üzvlərindən ailələri narahatdırlar.

Xezerxeber.az xəbər verir ki, yaxınlarının sözlərinə görə, 2 həftəyə yaxındır onlardan ümumiyyətlə məlumat ala bilmirlər.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, bununla bağlı danışıqlar aparılır, nəticəsinə uyğun olaraq məlumat veriləcək.

Gəmilərin məxsus olduğu "Caspian Marine Services" şirkətinin Azərbaycandakı nümayəndəliyindən isə "Xəzər Xəbər"ə açıqlama verildi ki, Eritreya ərazisində saxlanmış gəmilərin yoxlama prosesi hələ də davam etdirilir. Vurğulanıb ki, aparılan danışıqların nəticəsi olaraq, gəmilər daha geniş əraziyə malik limana gətirilib, heyət gəmidən düşərək sərbəst gəzinti zonalarında vaxt keçirmək imkanları ilə təmin edilib. Rabitə və kommunikasiya problemi öz həlini tapmasa da, hüquq şirkətinin nümayəndəsi gəmi heyətinin vəziyyəti ilə gündəlik maraqlanır, onların tələbatlarının qarşılanmasını, xüsusən ərzaq təchizatının vaxtında və tam həcmdə təmin olunmasına köməklik edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti