Xəzər Xəbər

Sumqayıtda ev yanıb, yanğınsöndürən xəsarət alıb VİDEO

Veb TV | 22:10 • 19 Yanvar 2025
Sumqayıtda ev yanıb, yanğınsöndürən xəsarət alıb

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verib, bir nəfər xəsarət alıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Sumqayıtın Sülh prospekti, "Əşya bazarı" adlanan yerdə qeydə alınıb. 

 Alovların söndürülməsinə yanğından mühafizə bölmələri cəlb edilib. Ərazi Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən mühafizə olunub. Ev yiyəsinin sözlərinə görə, yanğına mənzildə olan qaz peçinin səbəb olduğu ehtimal edilir.  

Yanğınsöndürənlər yanğının daha da genişlənməsinə imkan verməyib.

Məlumata görə, hadisə zamanı yanğınsöndürən Bəxtiyar Ağayev xəsarət alaraq xəstəxanaya çatdırılıb.  

Faktla bağlı araşdırma aparılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

 

 

 

Xəbər lenti