Xəzər Xəbər

Şirvan sakini bıçaqlanıb VİDEO

Veb TV | 20:24 • 19 Yanvar 2025
Şirvan sakini bıçaqlanıb

Şirvan şəhəri, İsmət Qayıbov küçəsində 41 yaşlı kişi bıçaqlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Şirvan şəhər sakini Cəmaləddin Məmmədzadə aralarında yaranmış mübahisə zəminində tanışı Amid Əliyevə kəsici-deşici alətlə xəsarət yetirib.

Amid Əliyev bədəninin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib və əməliyyata götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, C.Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

TƏBİB-dən bildirilib ki, 41 yaşlı Şirvan sakini bıçaqlanma səbəbi ilə Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Xəstəyə sağ baldır və sol bazunun açıq yarası diaqnozu təyin olunub və cərrahi əməliyyat icra edilib. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir. Müalicəsi cərrahiyyə şöbəsində davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti