İmişlidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xezerxeber.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan 4 məktəbliyə dəyib. Uşaqlardan ikisi həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.
Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.
Avtomobil at arabası ilə toqquşub, nəticədə bir nəfər dünyasını dəyişib.
Samuxda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə gündüz saatlarında rayondaxili yollardan birində qeydə alınıb. Hərəkətdə olan minik maşını qoşqulu at arabasını vurub. Nəticədə arabada olan Elmay Əsgərov ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya aparılsa da, müayinə zamanı onun həkiməqədərki ölüm faktı qeydı alınıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Atbulaq qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan yük avtomobili yolu keçən Atbulaq kənd sakini 52 yaşlı Asəf Cəbrayılovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mingəçevirdə iki minik maşını toqquşub.
Yol-nəqliyyat hadisəsi şəhərin Heydər əliyev prospektində, yüksək texnologiyalar parkı yaxınlığında qeydə alınıb. Toqquşma zamanı 2 qadın, 1 kişi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq mingəçevir şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Yaralılara ilkin tibbi yardım göstərilib. Qəza zamanı xəsarət alan şəxslərin Ağdaş və Mingəçevir sakinləri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.