Xəzər Xəbər

Evdə müalicəyə yazılan şəxslərin dərmanları sığorta hesabına qarşılanacaq VİDEO

Veb TV | 20:37 • 4 Oktyabr 2024
Evdə müalicəyə yazılan şəxslərin dərmanları sığorta hesabına qarşılanacaq

Ambulator müalicənin də dərmanlarını icbari tibbi sığorta qarşılayacaq.

Xezerxeber.az-ın məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva deyir ki, qısa müddət sonra ev şəraitində müalicəyə yazılan şəxslər dərmanlarını tibbi sığorta vasitəsilə əldə edə biləcəklər.

Xəstəxanalarda yataq yerləri məşğul edilməyəcək və  o insanlar cəmiyyətdən ayrılmadan rahat şəkildə müalicələrini etdirəcəklər.

Bu qərar imkan verəcək ki, bəzi xəstəliklərdən əziyyət çəkən insanlar dövlət hesabına dərman əldə etmək üçün xəstəxanalarda yatmasınlar, öz evlərində rahat şəkildə müalicə alsınlar. Hazırda Milli Məclisin Səhiyyə komitəsində müzakirədə olan qanun layihəsinin növbəti ildən icra edilməsi nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava Açıqlandı
09:30 • 14 Dekabr 2024