Xəzər Xəbər

Bu marşrut avtobuslarında gedişhaqqı artırıldı - Sərnişinlər narazıdır VİDEO

Veb TV | 21:14 • 4 Oktyabr 2024
Bu marşrut avtobuslarında gedişhaqqı artırıldı - Sərnişinlər narazıdır

"Koroğlu" metrostansiyasından Bilgəh qəsəbəsinə hərəkət edən 150 saylı marşrut avtobuslarında gedişhaqqı dəyişikliyi olub.

Xezerxeber.az-ın məlumatına görə, 4 gün əvvəl 171 nömrəli marşrut fəaliyyətini dayandırıb. Xətt 150 saylı marşrut adı altında "BakuBus" MMC-yə verilib.

Köhnə avtobsular da yeniləri ilə əvəzlənib. Bu yeniliyi sərnişinlərin bir çoxu sevinclə qarşılasalar da, qiymət dəyişiminə münasibət birmənalı deyil. Kimisi  köhnə avtobuslarda 50, kimisi 60 qəpik gediş haqqı ödədiyini iddia edir.

Əvvəllər gedişhaqının məsafəyə görə dəyişdiyini deyən sərnişinlər bildirirlər ki, indi məsafədən asılı olamayaraq 70 qəpikdir. Yəni 10-20 qəpik bahadır.

150 saylı marşrut avtobusunun sürücüsü də gedişhaqqınının 70 qəpik olduğunu təsdiqləyir. 

Maraqlıdır ki, nağd ödənişli avtobuslarda məsafəyə görə dəyişən gedişhaqqı niyə kartla işləyənlərdə də bu cür tənzimlənmir? Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, şəhərdaxili müntəzəm marşrutlarda ödənişlər məsafədən asılı olmayaraq 50 qəpik təşkil edir. Şəhərətrafı və qəsəbələrarası avtobuslarda isə tariflər məsafəyə görə dəyişir.

Yəni bu gedişhaqqı qanunauyğun təyin edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Faktiki hava Açıqlandı
09:30 • 14 Dekabr 2024