Bələdiyyələr tərəfindən hərraca çıxarılan torpaq sahələrinə maraq artıb.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.
O bildirib ki, hərraca çıxarılan əmlakın qiyməti sahəsi və yerinə görə dəyişir. Ümumi olaraq isə bazara uyğun hərrac qiyməti təyin edilir. Ekspert bildirib ki, vətəndaşlar belə torpaq sahələri alan zaman mütləq çıxarış mövzusuna diqqət etməlidirlər. Çünkü çıxarışı olmayan torpaq sahəsinin hərrac yolu ilə satılması əsassızdır.
Ekspertin sözlərinə görə, əgər vətəndaşın aldığı torpağın çıxarışı varsa, orada fərdi yaşayış evinin tikintisinə icazə verilir. Lakin bunun üçün müvafiq sənəd olmasa, tikinti işlərinə dərhal başlanıla bilməz.
Ekspert əlavə edib ki, torpaq sahələrinə marağın artmasına səbəb fərdi yaşayış evinin inşasının və ya alışının bina mənzillərinə nisbətən ucuz başa gəlməsidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.