Üç gün əvvəl Bakıda baş verən ağır cinayətin üstü açılıb.
Xezerxeber.az xəbər verir ki, söhbət silahlanıb, mənzilə basqın edən cinayətkar dəstədən gedir.
Hadisə sentyabrn 9-da gecə saatlarında paytaxtın Binəqədi rayonu 7-ci mikrarayon ərazisində baş verib. Rauf İsmayılovun evinə silahla basqın edən şəxslərdən Eldəniz Şükürov hadisə yerində polis tərəfindən güllələnərək zərərsizləşdirilsə də digəri qaçmışdır. Əməliyyat-axtarış tədbirləri ilə polis həmin şəxsi saxlayaraq istintaqa cəlb edib. Zərərçəkmiş Rauf İsmayılov deyir ki, həmin şəxs Orxan Abdullazadədir və onu əvvəldən tanımayıb.
Zərərçəkmiş Rauf İsmayılov deyir ki, mənzilin qapısını onlara açmaq istəməyib. Özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim etdiyi üçün inanıb və qapını açıb.
Həmin şəxslər mənzilə daxil olan kimi Rauf İsmayılovun başına silah dayayaraq 30 milyon manat pul tələb ediblər. Ev sahibi dəfələrlə bu qədər pul olmadığını bildirsə də onlar inanmayıblar.
Rauf İsmayılov deyir ki, evə basqını sifariş verən şəxs ehtimal edib ki, bizim mənzildə bu qədər pul var. O əvvəldən tanıdığı şəxsləri ətrafına yığaraq belə bir cinayəti planlaşdırıb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət işi başlanıb, bu cinayətdə digər şəxslərin əllərinin olub, olmaması araşdırılır.
Üç gün əvvəl Bakıda baş verən ağır cinayətin üstü açılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.