Lənkəran rayonu, Üzümçülük qəsəbəsi tam orta məktəbinin bağlanacağı deyilir.
Xezerxeber.az-ın məlumatına görə, valideynlər iddia edirlər ki, təmir işləri aparılan məktəb istifadəyə verilməyəcək. Burada təhsil alan şagirdilər isə təqribən 8 kilometr uzaqda yerləşən digər məktəbə köçürüləcəklər.
Məktəbin hansı səbəbdən bağlanmasına aydınlıq gətirmək üçün Lənkəran - Astara Regional Təhsil İdarəsində olduq. İdarədən bildirildi ki, məktəbin bağlanması haqqında yayılan söz - söhbət həqiqəti əks etdirmir.
Qeyd edək ki, qəsəbədə 150-ə yaxın ailə var. Yeni tədris ilində şagirdlərin təlim - tərbiyəsi ilə 14 müəllim məşğul olacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.