Xəzər Xəbər

Mingəçevirdə 10 gündür parkda gecələyən kişi qocalar evinə niyə yerləşdirilmir? VİDEO

Veb TV | 21:40 • 19 Avqust 2024
Mingəçevirdə 10 gündür parkda gecələyən kişi qocalar evinə niyə yerləşdirilmir?

Mingəçevir sakini günlərdir parkda gecələyir.

Xezerxeber.az xəbər verir ki, getməyə yerinin olmadığını bildirən 69 yaşlı Vitali Zeynalov bu vəziyyətə düşməsində ailə üzvlərini ittiham edir.

"Xəzər Xəbər"ə müraciət edən Vitali Zeynalov iddia edir ki, Rusiyada yaşayan yeganə oğlu və keçmiş həyat yoldaşı evi sataraq onu küçəyə atıblar. Bu səbəbdən Mingəçevirdəki Qələbə meydanı ərazisindəki parkda qalır.

Vitali Zeynalov deyir ki, həyat yoldaşından 17-18 il öncə ayrılıb. Hazırda qadının harada yaşamasından xəbərsizdir. Özü isə evsiz qaldığı üçün qocalar evinə yerləşdirilməsini istəyir.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi ilə əlaqə saxladıq.

Qeyd edildi ki, qurumun əməkdaşları Vidadi Zeynalovla görüşüblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti