Xəzər Xəbər

Mingəçevirdə tibb işçilərinin maaşı azaldılıb ŞİKAYƏT/VİDEO

Veb TV | 20:23 • 13 İyul 2024
Mingəçevirdə tibb işçilərinin maaşı azaldılıb

Mingəçevirdə tibb işçilərinin maaşı azaldılıb, kartları isə hələ də verilmir.

Xezerxeber.az-ın məlumatına görə, bu iddia ilə Mingəçevir Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları  çıxış  ediblər.

İşçilər bildirib ki, yeni yardılan Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə işə qəbul ediliblər. Bundan sonra isə onların maaşında azalma olub, müəyyən güzəştlər hesablanmayıb.

İşçilər həmçinin bildirib ki, hazırda təcili yardım avtomobillərinin hamısı işlək vəziyyətdə deyil. Cəmi  3-4 maşınla şəhərdəki çağrışlarına gedirlər.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən “Xəzər Xəbər”ə bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Mingəçevir Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında 200-dən artıq işçi çalışır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Qırmızı diplom nə işə yarayır?
Qırmızı diplom nə işə yarayır? VİDEO
21:24 • 8 Fevral 2025
USAID-in çirkin oyunları ifşa edilir
USAID-in çirkin oyunları ifşa edilir VİDEO
21:05 • 8 Fevral 2025
Dələduzluğun yeni növü yayılır
Dələduzluğun yeni növü yayılır XƏBƏRDARLIQ/VİDEO
20:47 • 8 Fevral 2025
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? AÇIQLAMA/VİDEO
20:12 • 8 Fevral 2025
Bakıda restoranın fəaliyyəti dayandırılıb
Bakıda restoranın fəaliyyəti dayandırılıb VİDEO
12:53 • 8 Fevral 2025
Azərbaycandan Ukraynaya YARDIM
Azərbaycandan Ukraynaya YARDIM VİDEO
22:00 • 7 Fevral 2025

Xəbər lenti