Xəzər Xəbər

Ağdaşda balıq tutmağa gedən qardaşlardan biri YOXA ÇIXDI VİDEO

Veb TV | 20:55 • 21 İyun 2024
Ağdaşda balıq tutmağa gedən qardaşlardan biri YOXA ÇIXDI

Ağdaş rayonunda azyaşlı itkin düşüb.

Xezerxeber.az xəbər verir ki, Ləki kanalına Böyük qardaşı ilə balıq tutmağa gedən 2018-ci il təvəllüdlü uşaq yoxa çıxıb.

Yaxınları bildirib ki, Azyaşlı  günorta saatlarında itkin düşüb. Onun yanında olan böyük qardaşının 14 yaşı olub.

Müraciətlə bağlı əraziyə xilasedicilər cəlb edilib. Günün sonuna doğru uşağın kanalda batdığı məlum olub. Xilasedicilər Musayev Adəm İsfəndiyar oğlunun cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti