Xəzər Xəbər

Kiberdələduzlar daha bir varianta əl atdılar - TƏFƏRRÜAT VİDEO

Veb TV | 21:45 • 20 İyun 2024
Kiberdələduzlar daha bir varianta əl atdılar - TƏFƏRRÜAT

''Nəvənizin Rusiyada problemi çıxıb, təcili ona pul lazımdır''...

Xezerxeber.az xəbər verir ki, kiber dələduzlar indi də bu üsula əl atırlar. Belə fırıldaqçılar son günlər xüsusən də yaşlı şəxslərə zəng vurub bildirirlər ki, yaxın insanınız çətin vəziyyətdədir, ona təcili pul lıazmdır. Dələduzlar bu yolla aldadaraq təqaüdçülərin kart məlumatlarını əldə edirlər.

DİN rəsmisi Nurlan Əliyev deyir ki, bu üsulla ayrı-ayrı vətəndaşların bank kartlarından 628, 2 min 400, 6 min 800, 4000 və 29 min 660 manat talanaraq naməlum hesablara köçürülüb.

Vətəndaşlar da son vaxtlar dələduzların yaşlı insanları özlərinə qurban seçmələrindən narahat olduqlarını deyirlər.

Araşdırmalarla məlum olub ki, bütün müdaxilələr - zənglər, danışıqlar, yazışmalar xaric nömrələr vasitəsilə aparılıb.

Nurlan Əliyev onu da əlavə edib ki, belə kiberdələduzluq edənlərə qarşı ən son texnaloji avadanlıqlardan istifadə edilməklə yerləri müəyyən edilir və saxlanaraq istintaqa cəlb olunurlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti