Xəzər Xəbər

Velosipedlər üçün salinan zolaqlarda avtobus üçün dayanacaqlarin yeri NİYƏ NƏZƏRƏ ALINMIR? VİDEO

Veb TV | 21:05 • 20 İyun 2024
Velosipedlər üçün salinan zolaqlarda avtobus üçün dayanacaqlarin yeri NİYƏ NƏZƏRƏ ALINMIR?

Dayanacağın qarşısında çəkilən velosiped zolağı sənişinlər üçün təhlükə yaradır.

Xezerxeber.az xəbər verir ki, söhbət Yasamal rayonu Mirzəağa Əliyev küçəsindən gedir. Sonradan salınan velosiped zolağına görə hərgün onlarla sakin bu ərazidə ictimai nəqliyyata minmək üçün çətinlik çəkir.

Yaranan vəziyyətə görə, avtobusu məcburən yolun hərəkət hisssəsində saxlayan sürücülər də bu haldan narazıdır.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentlyindən ''Xəzər Xəbər''ə bildirildi ki, Mirzəağa Əliyev küçəsində mikromobillik zolağı çəkilən zaman piyadalar mütləq qaydada nəzərə alınıb. Belə ki, ərazidə piyadaların üstünlüyünü bildirən yol nişanı quraşdırılıb və mikromobillik vasitələri hərəkətdə olarkən piyadalara yol verməlidirlər.

Məsələ ilə bağlı DYP-dən bildirildi ki, velosipedçi tərəfindən piyadaya yol verilmədiyi halda inzibati xətallar məcəlləsinə əsasən sürücü 40 manat məbləğində cərimə olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti