Xəzər Xəbər

Bakıda velosiped zolaqlarının sayı artırılmalıdır – Ekspertlərdən ÇAĞIRIŞ VİDEO

Veb TV | 21:33 • 15 İyun 2024
Bakıda velosiped zolaqlarının sayı artırılmalıdır – Ekspertlərdən ÇAĞIRIŞ

Təkcə Bakının mərkəzi küçə və prospektlərində yox, digər ərazilərdə də velosiped zolaqları salınmalıdır.

Xezerxeber.az xəbər verir ki, ekspertlərin fikrincə, paytaxtın digər ərazilərində də velosiped zolaqlarının salınması üçün əlverişli şərait var.

Ekspert bildirir ki, mərhələli şəkildə digər küçələrdə də bu tip velosiped zolaqları salınaraq davamlılıq təmin edilsə, insanların əksəriyyəti həm ciblərinə, həm də vaxtlarına qənaət edərək velosiped sürməyə üstünlük verərlər.

Onu da qeyd edək ki, velosiped yolları ilə bağlı dövlət standartı qəbul edilib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu Türkiyənin "Şehiriçi yollar - Bisiklet yolları" standartının əsasında "Şəhərdaxili yollar - Velosiped yolları" dövlət standartını qəbul edib.

Dövlət standartı velosipeddən istifadənin təşviqi, ölkə ərazisində uyğun infrastruktur - velosiped yollarının və zolaqların yaradılması, əhalinin velosiped sürməyə marağı, həmçinin bu sahənin insanların sağlamlığı və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyəti nəzərə alınmaqla hazırlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar