Xəzər Xəbər

Məleykə Abbaszadənin “bəzi ixtisaslar üzrə keçid balları artırıla bilər” deyiminə ekspertlərdən RƏY VİDEO

Veb TV | 21:11 • 15 İyun 2024
Məleykə Abbaszadənin “bəzi ixtisaslar üzrə keçid balları artırıla bilər” deyiminə ekspertlərdən RƏY

"Builki buraxılış imtahanlarının nəticələri ötən illərlə müqayisədə daha yaxşıdır".

Bu sözləri Asan TV-yə müsahibəsində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Sədr qeyd edib ki, bu il müxtəlif ixtisaslar üzrə keçid balının artması gözlənir.

Təhsil eksperti Elşən Qafarov deyir ki, xüsusilə orta statistik abituriyentlərin göstəriciləri yaxşı olsa da, digər fənlərdə nəticələr nisbətən ürəkaçan deyil.

Ekspert hesab edir ki, bəzi fənn müəllimlərinin sertifkasiyadan  keçirilməsi abituriyentlərin nəticələrinə də təsir edib.

Qeyd edək ki, bu il daha çox şəxs dövlət sifarişi hesabına təhsil alacaq və təhsil haqqından azad edilən şəxslərin kateqoriyası genişləndirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Yardımlıda zəlzələ olub
16:46 • 19 Aprel 2025