Xəzər Xəbər

Qardaşlığın müttəfiqlik zirvəsi - Şuşa Bəyannaməsinin 3 İLİ VİDEO

Veb TV | 21:00 • 15 İyun 2024
Qardaşlığın müttəfiqlik zirvəsi - Şuşa Bəyannaməsinin 3 İLİ

3 il öncə Türkiyə ilə Azərbaycan arasında imzalanan bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin bütün sahələrdə müttəfiqliyini rəsmiləşdirən sənəd kimi tarixə düşdü. Müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsi, hər iki ölkənin sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış etmək bu bəyannamənin əsas özəyini təşkil edir.

Bu həm də "sərhədin sərhədim, dostun dostum, düşmənin düşmənimdir",- demək anlamına gəlir.

Tanınmış tarixçi, millət vəkili Anar İsgəndərov deyir ki, Şuşa bəyannaməsinin həm tarixi Qars müqaviləsinin imzalanmasından 100 il sonra həm də Milli Qurtuluş günündə imzalanması təsadüf sayıla bilməzdi. Bu hər iki ölkənin əcdadlarına sadiqlik göstəricisi idi.

Anar İsgəndərovun sözlərinə görə, Şuşa Bəyannaməsi regionda təhlükəsizliyin qorunub saxlanması, iqtisadi artımın güclənməsi, infrastrukturun inkişafı baxımından da önəmlidir. Bəyannamənin ən vacib cəhətlərindən biri də hər iki ölkənin iqtisadiyyatının inkişaf etdirilməsidir

Nəyinki xalqların həm də hər iki dövlət başçılarının yaxın dostluq münasibətləri qarşılıqlı əlaqələrin inkişafında böyük rol oynayır.

İki dost və Qardaş ölkə arasındakı güclü bağlar, möhkəm münasibətlər "Çırpınırdı Qara dəniz" mahnısının sözlərini belə dəyişdirdi..

İndi belə deyirik: Azərbaycan bayrağını, Türkün şanlı bayrağını Qarabağdan asmışıq biz...

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar