Xəzər Xəbər

Binə sakinləri qəsəbə daxili yollardan ŞİKAYƏTÇİDİR VİDEO

Veb TV | 20:50 • 13 İyun 2024
Binə sakinləri qəsəbə daxili yollardan ŞİKAYƏTÇİDİR

Qışda palçıqdan, yayda isə toz-torpaqdan əziyyət çəkirlər...

Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın Binə qəsəbəsində lentə  alınıb. Qəsəbənin südçülük savxozu adlanan ərazisinin qayğıları bitib-tükənmək bilmir.

Sakinlər küçələrin keçilməz olduğunu, tullantıların atılması üçün xüsusi yerlər ayrılmadığını  və susuzluqdan əziyyət çəkdiklərini dilə gətirilər.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətindən  bildirildi ki, sözügedən qəsəbə ərazisində istismara yararsız yolların təmiri işlərinin Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan prioritet layihələrin siyahısına əlavə olunması üçün Avtomobil Yolları Dövlət Agentliyinə bir neçə dəfə rəsmi müraciət ünvanlanıb.

Avtomobil Yolları Dövlət Agentliyindən isə  bildirlib ki, dövlət proqramı  çərçivəsində sentyabr ayına kimi məsələ öz həllini tapacaq.

Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Anar Cəbrayıllı isə “Xəzər Xəbər”ə bildirib ki, Binə qəsəbəsinin təxminən 35 faizi mərkəzləşdilmiş su şəbəkəsi ilə təmin olunub. Digər ərazilərdə su xəttləri mövcud deyil. Şəhərin şərq hissəsinə dövlət proqramı çərçivəsində yeni magistral su xəttlərinin çəkilməsinə başlanılıb. Bu da su olmayan ərazilərin su ilə təmin olunmasına imkan verəcəkdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Qırmızı diplom nə işə yarayır?
Qırmızı diplom nə işə yarayır? VİDEO
21:24 • 8 Fevral 2025
USAID-in çirkin oyunları ifşa edilir
USAID-in çirkin oyunları ifşa edilir VİDEO
21:05 • 8 Fevral 2025
Dələduzluğun yeni növü yayılır
Dələduzluğun yeni növü yayılır XƏBƏRDARLIQ/VİDEO
20:47 • 8 Fevral 2025
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? AÇIQLAMA/VİDEO
20:12 • 8 Fevral 2025
Bakıda restoranın fəaliyyəti dayandırılıb
Bakıda restoranın fəaliyyəti dayandırılıb VİDEO
12:53 • 8 Fevral 2025
Azərbaycandan Ukraynaya YARDIM
Azərbaycandan Ukraynaya YARDIM VİDEO
22:00 • 7 Fevral 2025

Xəbər lenti

Hacıqabulda zəlzələ olub
19:06 • 8 Fevral 2025