Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması başa çatdı, Xocalı aeroportunda 3 rəngli bayrağımız qaldırıldı.
Xezerxeber.az xəbər verir ki, Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi bu gün yekunlaşıb.
Müdafiə Nazirliyindən bildirilib ki, sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk edib.
Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, sülhməramlı kontingentin əsas məqsədi tərəflər arasında atəşkəs rejiminin pozulmamasına nəzarət etməkdən ibarət idi. Lakin son antiterror əməliyyatından sonra onların missiyası da başa çatmış oldu.
Ekspert qeyd edib ki, rusiyalı sülhməramlıların ərazilərimizdən çıxarılması 2025-ci il üçün nəzərdə tutulsa da, bu proses 18 ay əvvəl baş tutdu.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.