Xəzər Xəbər

Bölgələrdə əlverişsiz hava SƏNGİMİR VİDEO

Veb TV | 22:00 • 12 İyun 2024
Bölgələrdə əlverişsiz hava SƏNGİMİR

Yollar, evlər, xəstəxanalar, bağçalar su içində qalıb...

Xezerxeber.az xəbər verir ki, görüntülər Yevlaxda lentə alınıb. Avtomobillər, həyət evləri, bağça, məktəb, xəstəxana binasının ətrafı sel suları ilə dolub. Gecə yarısı külək, ardından yağan güclü yağış Aran bölgəsinin rayonunu bu hala salıb.

Sakinlər bildirib ki, həyətlərə, küçələrə dolan sel suları onların hərəkətəni məhdudlaşdırıb. Bəzi ərazilərdə su o qədər artıb ki, maşınların hərəkəti mümkün olmayıb.

Yevlax Mərkəzi Xəstəxanasına daxil olmaq yalnız iri yük avtomobilləri ilə mümkün olub. Güclü külək Yevlaxda bir neçə ağacı da aşırıb. Rayonda gecə saatlarından elektrik enerjisinin verlişində də fasilələr yaranıb.

Mingəçevirdə güclü külək,leysan yağış fəsadlara yol açıb. Şəhərin Müslüm Maqomayev, Aydın Məmmədov, Rəsul Rza küçələrində yağışdan sonra avtomobillərin hərəkəti çətinləşib. Bir neçə avtomobildə nasazlıq yaranıb. Heydər Əliyev prospektində güclü küləyə tab gətirməyən şam ağacı avtomobil yoluna aşıb. Şəhərin Günəşli bağlar massivində sakinlər daha çətin anlar yaşayıblar. Oradan axan  suvarma kanalının iki yerdən daşması küçələri keçilməz edib. Sel suları sakinlərin həyətlərini də basıb. 

Qəbələ rayonu, Laza kəndi ərazisində intensiv yağıntılar səbəbindən yaranan selin təsirindən içərisində 2 nəfərin olduğu minik avtomobili çaya düşüb. Əraziyə xilasedicilər cəlb edilib.  Qəza-xilasetmə əməliyyatı nəticəsində çayda batmış  minik avtomobilinin təhlükəsiz əraziyə çıxarılması təmin edilib. Güclü küləkdən isə agaclar aşaraq avtomobillərin hərəkətinə mane olub.

Ötən gecədən bəri yağan yağışlar nəticəsində  İsmayıllıdan Lahıc qəsəbəsi istiqamətində olan yolda körpüyə irihəcmli qayalar düşdüyündən fəsadlar yaranıb. Yol bir- neçə saat bağlı qalıb.

Əraziyə Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən canlı qüvvə və texnika cəlb edilərək təhlükəsizlik tədbirləri görülüb, yolda işlər aparılaraq hərəkət bərpa olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar