Xəzər Xəbər

Bölgələrdə ard-arda AĞIR QƏZALAR VİDEO

Veb TV | 22:00 • 21 Aprel 2024
Bölgələrdə ard-arda AĞIR QƏZALAR

Ehtiyatsızlıq ağır yol qəzasına səbəb olub.

Xezerxeber.az xəbər verir ki, Kürdəmirdən Bakıya gedən ailə Hacıqabul ərazisində qəzaya düşüb. Rayon sakini Rais Teyyubov avtomobildə idarəetməni itirib və nəticədə maşın yoldan çıxaraq aşıb. Avtomobildə olan 8 sərnişindən biri azyaşlı olmaqla 6 nəfər müxtəlif xəsarətlər alaraq Şirvan şəhər xəstəxanasına çatdırılıb. Yüngül xəsarət alan sürücü və bir sərnişinə isə hadisə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Migəçevirdə də ağır yol qəzası baş verib. İdarəetmədən çıxan avtomobilə əvvəlcə yol kənarındakı işıq dirəyinə çırpılıb. Daha sonra isə yaxınlıqdakı parkın qoruyucu hasarlarını dağıdıb. Zərbənin təsirindən avtomobil bir neçə hissəyə bölünüb. Hadisə nəticəsində sürücü xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib. Qəza nəticəsində parkın dəmir qoruyucu hasarının bir hissəsi və işıq dirəyi yararsız vəziyyətə düşüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Zooparka giriş bahalaşıb
Zooparka giriş bahalaşıb VİDEO
21:17 • 19 İyul 2024
Yol qəzaları 4 nəfərin həyatına son qoydu
Yol qəzaları 4 nəfərin həyatına son qoydu VİDEO
20:29 • 19 İyul 2024
İşğaldan azad olunan ərazilərdə YANĞIN
İşğaldan azad olunan ərazilərdə YANĞIN VİDEO
15:22 • 19 İyul 2024
FHN-nin əməliyyat
FHN-nin əməliyyat görüntüləri
11:50 • 19 İyul 2024

Xəbər lenti

Çox oxunanlar