Xəzər Xəbər

Etibarnamə ilə avtomobil satan şəxsin başına iş gəlib VİDEO

Veb TV | 20:07 • 2 Mart 2024
Etibarnamə ilə avtomobil satan şəxsin başına iş gəlib

Etibarnamə ilə avtomobil satan şəxs ödənilməyən cərimələrə görə sürücülük vəsiqəsini dəyişə bilmir.

Xezerxeber.az-ın məlumatına görə, belə bir problemlə Masallının Qızılağac kənd sakini Rafiq Həsənov üzləşib. O deyir ki, özünə məxsus ''44 - CF- 825'' dövlət qeydiyyat nişanlı avtomobili 2021-ci ildə etibarnamə ilə Masallının Boradigah qəsəbəsində yaşayan bir nəfərə satıb.

Onun sözlərinə görə, yaşı ilə əlaqəli bu ilin yanvar ayında sürücülük vəsiqəsini dəyişdirmək istəyib.

Masallı "ASAN xidmət" mərkəzində bildirilib ki, onun adına olan avtomobilin 80 manat cəriməsi var. Sürücülük vəsiqəsini yalnız bu cəriməni ödədikdən sonra dəyişdirə bilər.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. İdarənin inspektoru Elvin Hacıyev bildirdi ki, cərimələrin mülkiyyətçiyə gəlməsinə səbəb verilmiş etibarnamənin müddətinin bitməsidir.

Onun sözlərinə görə, belə hallarda nəqliyyat vasitəsinin mülkiyyətçisinin rəsmi müraciəti əsasında məsələyə baxılır və problemin aradan qaldırılması üçün qanunauyğun tədbirlər görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar