Xəzər Xəbər

Xidmət müddəti başa çatan bir qrup hərbi qulluqçu tərxis olunub VİDEO

Veb TV | 09:50 • 3 Oktyabr 2023
Xidmət müddəti başa çatan bir qrup hərbi qulluqçu tərxis olunub

Azərbaycan Ordusunun hərbi hissələrində müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış bir qrup hərbi qulluqçunun tərxis edilməsi ilə əlaqədar tədbirlər keçirilib.

Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Tədbirlərdə çıxış edənlər hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını təbrik ediblər, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Xidmət müddəti başa çatan əsgərlər qalib Azərbaycan Ordusunun sıralarında xidmət etməkdən böyük şərəf və qürur duyduqlarını bildirib, hərbi xidmət dövründə qazandıqları müsbət vərdişlərin və keyfiyyətlərin gələcəkdə onların cəmiyyətimizə layiqli vətəndaş olmalarına töhfə verəcəyinə əmin olduqlarını qeyd ediblər.
Tədbirlərdə xidmət müddəti ərzində icra olunan döyüş tapşırıqlarında fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.
Sonda tərxis edilən hərbi qulluqçularla xatirə fotoşəkilləri çəkilib, onlar yaşadıqları bölgələrə yola salınıblar.

Rubrikanın digər xəbərləri

Zooparka giriş bahalaşıb
Zooparka giriş bahalaşıb VİDEO
21:17 • 19 İyul 2024
Yol qəzaları 4 nəfərin həyatına son qoydu
Yol qəzaları 4 nəfərin həyatına son qoydu VİDEO
20:29 • 19 İyul 2024
İşğaldan azad olunan ərazilərdə YANĞIN
İşğaldan azad olunan ərazilərdə YANĞIN VİDEO
15:22 • 19 İyul 2024
FHN-nin əməliyyat
FHN-nin əməliyyat görüntüləri
11:50 • 19 İyul 2024

Xəbər lenti

Çox oxunanlar