Paytaxtın Sabunçu rayon sakinləri iddia edir ki, onlardan işlətmədikləri suyun ödə nişi tələb olunur.
Xezerxeber.az xəbər verir ki, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Salatın Əsgərova küçəsinin sakinləri iddia edir ki, sudan istifadə etmədikləri halda, adlarına cərimə yazılıb. Onlar bildirib ki, iki ay əvvəl müraciətləri nəzərə alınıb və əraziyə su xətləri çəkilib. Bu vaxta qədər isə suyu maşınlarla gətiriblər.
Məsələ ilə əlaqədar “Azərsu ASC” ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, ərazidə invertar aparılıb və daha əvvəl sudan istifadə edən kanalizasiya xətti olan sakinlərə 240, olmayanlara isə168 manat məbləğində dəymiş ziyan hesablanıb və ödənişi tələb olunur. Həmin sakinlər də daha əvvəl su xəttindən istifadə ediblər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: