Xəzər Xəbər

Türkiyəli ekspertlərdən SON HADİSƏLƏRƏ MÜNASİBƏT VİDEO

Veb TV | 20:35 • 21 Sentyabr 2023
Türkiyəli ekspertlərdən SON HADİSƏLƏRƏ MÜNASİBƏT

Azərbaycan ordusu cəmi 23 saatlıq bir əməliyyatla düşməni ağ bayraq qaldırmağa məcbur etdi.

Xezerxeber.az-ın xəbəinə görə, Türkiyəli ekspert Güngör Yavuzaslan bildirib ki,bu əməliyyat tədbirində plan olduqca peşəkar hazırlanıb. Çünkü qısa zaman ərzində belə bir uğurlu irəliləyiş əslində çətin görünürdü. Ancaq qüsursuz icra edilən əməliyyat tədbiri zamanı azərbaycan öz istədiyinə nail oldu

Ordumuz yüksək peşəkarlıq göstərərək, stateji hədəflərə tam nail oldu. Kommunikasiyalar və yüksəkliklər nəzarətə götürüldü.

Türkiyəli istefada olan general Özgür Tör isə deyir ki, bu əməliyyat tədbiri zamanı yalnız hərbi hədəflər vuruldu. Mülki obyektlər, mülki əhali hədəf olmadı

Çox nadir nümunədir ki, bu miqyasda tədbirlər zamanı mülki əhali demək olar ki, zərər görmədi. Hətta BMT əməliyyatlarında belə mülki şəxslər arasında arasında itkilər olur. Azərbaycan bu mənada dünyaya daha bir nümunə göstərdi.

Özgür Tör onu da qeyd etdi ki, bu tip silah sistemlerini istifadə etmək olduqca yüksək səviyyədə təlim və hazırlıq tələb edir.

Azərbaycan ordusunun son əməliyyatda çox peşəkar olduğu aydın şəkildə müşahidə edilirdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar