Xəzər Xəbər

Yol polisindən ekskursiyaya gedənlərə MÜRACİƏT... VİDEO

Veb TV | 21:37 • 10 İyun 2023
Yol polisindən ekskursiyaya gedənlərə MÜRACİƏT...

Yol polisi məktəbli ekskursiyalarının təşkili ilə bağlı valideynlərə müraciət edib.

Xezerxeber.az xəbər verir ki, tədris ilinin sonunda məktəblilərin ekskursiyalara, yaxud istirahət zonalarına aparılması hallarının sayı artmaqdadır.

“Dövlət Yol Polisi İdarəsi yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsəsdilə sürücülərə də ciddi xəbərdarlıq edib.”

İdərənin əməkdaşı Toğrul Nəsirli deyir ki,  belə səfərlər adətən qeyri-müntəzəm sərnişin daşıma fəaliyyəti göstərən və ya təsadüfi şəxslərlə şifahi sövdələşmə əsasında həyata keçirilir ki, bu zaman nəqliyyat vasitəsinin texniki sazlığı, sürücünün peşəkarlıq və sağlamlıq vəziyyəti, avtomobil idarə etmək hüququnun olub-olmaması, ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmuş bir sıra tələblər nəzərə alınmır. belə hallar da yollarda xoşa gəlməz hadisələr qaçılmaz edir.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin göstərişi ilə respublika əhəmiyyətli yollarda stosianar postlara tapşırıq verilib ki, sərnişindaşımada istifadə edilən avtobuslara nəzarət artırılsın. Belə hall aşkar edilən kimi sürücü barəsində inzibati qaydada tədbir görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti