Xəzər Xəbər

Talaçay-Zaqataladan SEL keçib VİDEO

Veb TV | 12:00 • 8 İyun 2023
Talaçay-Zaqataladan SEL keçib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətini iyunun 8-i saat 11:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xezerxeber.az bu barədə Xidmətə istinadən məlumat verir.

Düşən yağıntının miqdarı Qaxda 19 mm, Ceyrançöldə 15 mm, Lerik, Şəkidə 12 mm, Qusar, Gədəbəy 8 mm, Balakən, Şahbuz, Göygöldə 6 mm, Astara, Oğuz, Zaqatala, Naftalan, Quba, Qrız, Mingəçevir, Yevlax, Gəncə, Daşkəsən, Tərtər, Yardımlı, Şəmkir, Ağdam, Qobustan, Şərur, Ordubad, İsmayıllı, Xaltan, Şahdağ, Bərdə, Göyçay, Zərdab, Kürdəmirdə 5 mm-dək olub.

08.06.2023 tarixində saat 08:00 üçün olan məlumata əsasən Zaqatala rayonunun Talaçay-Zaqatala məntəqəsindən sel keçib.

Xəbər lenti