Xəzər Xəbər

Bu gün I qrupun imtahanı necə keçdi? - Abituriyentlər prosesi dəyərləndirdilər VİDEO

Veb TV | 21:17 • 4 İyun 2023
Bu gün I qrupun imtahanı necə keçdi? - Abituriyentlər prosesi dəyərləndirdilər

Bu gün I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən və ölkənin 18 şəhər və rayonunda təşkil edilən imtahanlar saat 11-də başlayıb və 3 saat davam edib.

“Xəzər Xəbər” imtahanın gedişini paytaxtın Səbail rayonunda yerləşən 239 saylı məktəbdə izləyib.

İmtahan iştirakçıları zalları tərk edəndən sonra ilk təəssüratlarını “Xəzər Xəbər”lə bölüşüblər.

Qeyd edək ki, 3 nəfərdə mobil telefon, 1 nəfərdə “ağıllı” saat aşkarlandığı, 1 nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub. İmtahandan xaric olunanların nəticələri ləğv olunur və onlar yay qəbul imtahanlarına da buraxılmırlar. 

İyunun 5-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti