Xəzər Xəbər

Paytaxtdan bölgələrə niyə aviareyslər həyata keçirilmir? VİDEO

Veb TV | 12:16 • 30 Mart 2023
Paytaxtdan bölgələrə niyə aviareyslər həyata keçirilmir?

Azərbaycanın Qəbələ, Lənkəran, Zaqatala və Şəki hava limanlarında aeroportlar  fəaliyyət göstərsə də nə paytaxdan bu rayonlara, nə də bir bölgədən digərinə hava nəqliyyatı ilə getmək mümkün deyil.

Xezerxeber.az məlumatına görə, Lənkəran sakinləri bildirirlər ki, ölkədaxili uçuşlar açılarsa və qiymətlər münasib olarsa, hava limanının xidmətlərindən yararlanarlar.

Onların sözlərinə görə, Lənkəranda artıq neçə illərdir aeroport var. Ancaq Bakıya uçuşu yoxdur. Olsa əlbəttə ki, daha yaxşı olar. Müəyyən endirimlər olsa qiymət baxımından cənub regionun sakinləri daha çox istifadə edərlər.

Zaqatala aeroportu isə 10 ildən artıqdır ümumiyyətlə bağlıdır. Bölgə sakinləri deyirlər ki, ölkədaxili uçuşlar baha olduğundan hava nəqliyyatından istifadə onlar üçün sərfəli deyil.

1932ci-ildə inşa olunan Şəki hava limanı istismara yararsız hala düşüb.

Aeroportun müdiri Çingiz Süleymanlının fikrincə, fəaliyyəti bərpa olunarsa,bölgədə bu nəqliyyat növündən istifadə edənlər çoxalar.

İqtisadçı Fuad İbrahimov bildirir ki, ölkədaxili uçuşların həyata keçrilməməsi birbaşa rentabelliyin aşağı olması ilə bağlıdır. Yəni hava nəqliyyatının amortizasiya xərcləri yüksək olduğundan məhdud sərnişin sayı ilə fəaliyyət göstərmək sərfəli deyil.

Ekspertin fikrincə daxili uçuşlara marağı artırmaq üçün ilk növbədə bilet qiymətləri aşağı salınmalıdır. Bundan əlavə hava limanlarının sərnişinlər üçün əlavə paketləri də olmalıdır.

Xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Xəbər lenti