Xəzər Xəbər

Bazarlarda bayram qiymətləri bayram ovqatı yaradırmı? VİDEO

Məhsulların qiymətində həm artım, həm də azalma var
Veb TV | 22:05 • 20 Mart 2023
Bazarlarda bayram qiymətləri bayram ovqatı yaradırmı?

Novruz bayramı ilə əlaqədar olaraq bazarlarda canlanma müşahidə edilir.

Xezerxeber.az məlumat verir ki, məhsulların qiymətində həm artım, həm də azalma var.

Satıcılar bildirir ki, bir neçə gündən əvvəl pomidor bazarda 6 manatdan aşağı satılmırdısa, indi 4 manatdır. Meyvələrin  qiymətində  isə son günlər  ciddi  dəyişiklik  müşahidə  edilmir.

Ağartı məhsullarının qiymətində də ciddi dəyişiklik yoxdur. Qatıq 3.50 ,pendir 5-6 manat, yumurta isə 30 qəpiyə təklif edilir. Satıcıların sözlərinə görə bəzi yerli məhsullar xaricdən gətirilən məhsullardan təxminən  2  dəfə  ucuzdur...

Qiymətlərdən razı olan da var, narazı olanda.

Xezerxeber.az "Xəzər Xəbər"in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:                

Xəbər lenti