Abşeron rayonu, Novxanı kəndində tikilməkdə olan fərdi yaşayış evində iki nəfərin meyiti aşkarlanıb.
Xezerxeber.az-ın məlumatına görə, Teymur Əliyev küçəsində tikilməkdə olan evdə usta işləyən 63 yaşlı Siyasət Yusibov, 60 yaşlı Zamin Ağayev və daha sonra onların məclisinə qatılan 57 yaşlı Kamil Alıyevin halı pisləşib.
Nəticədə Kamil Alıyev hadisə yerində, Siyasət Yusibov isə xəstəxanaya aparılarkən yolda ölüb. Zamin Ağayev isə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Həmin ərazinin yaxınlığında yaşayış az olduğundan qonşular hadisədən xəbərsiz olub.
Adının qeyd edilməsini istəməyən ev sahibi “Xəzər Xəbər”ə şifahi olaraq bildirib ki, mənzilə hələ qaz verilməyib. Ona görə də onlar dəm qazından zəhərlənə bilməz. İddia edilir ki, həmin şəxslər yedikləri turşudan və ya balıq konservindən zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: