Xəzər Xəbər

İranda güclü zəlzələ: Azərbaycan üçün təhlükə var? AÇIQLAMA/VİDEO

Qurban Yetirmişli mövzu ilə bağlı açıqlama verib
Veb TV | 20:12 • 29 Yanvar 2023
İranda güclü zəlzələ: Azərbaycan üçün təhlükə var?

İranın şimal-qərbində baş vermiş zəlzələ Naxçıvanda da hiss olunub.

Xezerxeber.az-ın məlumatına görə, bunu Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, yeraltı təkanlar Naxçıvanda 5 bala qədər hiss olunub.

Yeraltı təkanlar təxminən 7 saniyə davam etsə də, Muxtar Respublikada heç bir dağıntı və tələfat olmayıb.

Qurban Yetirmişli əlavə edib ki, İranda baş vermiş zəlzələ ocağında təkrar o gücdə təkanın olma ehtimalı yoxdur.

Mərkəzin baş direktoru vurğulayıb ki, İrandan baş vermiş zəlzələnin Azərbaycan üçün heç təhlükəli deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti