Xəzər Xəbər

Səfirliyə terror hücumu zamanı şəhid olan Orxan Əsgərov məktəbi qızıl medalla bitiribmiş VİDEO

Onun yaxınları İran dövlətinin cavab verməsini tələb edirlər
Veb TV | 19:33 • 27 Yanvar 2023
Səfirliyə terror hücumu zamanı şəhid olan Orxan Əsgərov məktəbi qızıl medalla bitiribmiş

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərov Gəncədə tanınmış həkimin oğludur.

Xezerxeber.az-ın məlumatına görə, valideynləri hadisə barədə xəbər tutan kimi Bakıya yola düşüblər, tanışlar və doğmalar isə onların evinə üz tutublar.

Bütün qohumlar, qonşular və tanışlar ailəli və 2 övlad atası olan Orxan Əsgərovun yüksək intellektli  olduğunu bildiriblər. Onlar bu xain hücuma görə İranı kəskin şəkildə qınayıblar.

Qeyd edək ki, Gəncədə doğulub böyüyən Orxan Əsgərovun atası Rizvan Əsgərov Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan 1 saylı xəstəxananın Pediatriya şöbəsinin müdiri vəzifəsində çalışır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti