Xəzər Xəbər

Qarlı havada itkin düşən şəxsin axtarışı davam etdirilir - FHN VİDEO

Veb TV | 12:10 • 5 Dekabr 2022
Qarlı havada itkin düşən şəxsin axtarışı davam etdirilir - FHN

Xəbər verildiyi kimi, 30 noyabr 2022-ci il tarixində 1973-cü il təvəllüdlü Həmidov Səyavuş İbrahimxəlil oğlunun Qəbələ rayonunda mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında Şimal-qərb Regional Mərkəzin xilasetmə qüvvələri axtarış işlərinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

FHN-dən xezerxeber.az-a verilən məlumata görə, hazırda ərazidə hökm sürən əlverişsiz hava şəraitinə baxmayaraq, vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlərdə - Dəmiraparan çayının şimal-şərq hissəsi və Şonqar dağında meşənin dərinliklərinə doğru axtarışı davam etdirilir. 

Xəbər lenti