Xəzər Xəbər

Bakıda maskalı şəxs evə basqın edib - iki nəfər öldürülüb, yaralılar var VİDEO

Veb TV | 19:33 • 30 Noyabr 2022
Bakıda maskalı şəxs evə basqın edib - iki nəfər öldürülüb, yaralılar var

Bakıda maskalı şəxs bıçaqla evə basqın edib. O, iki nəfəri öldürüb, iki nəfəri isə yaralayıb.

Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət ötən axşam saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ev sahibi 83 yaşlı Elbrus Muradov və onun 51 yaşlı oğlu Rahil Muradov xəstəxanaya aparılsalar da, həkimlər onların həyatını xilas edə bilməyiblər.

Mərhumun həyat yoldaşı 77 yaşlı Şahirə Muradova və nəvəsi 25 yaşlı Elbrus Ağalarova isə həkimlər ilkin yardım göstəriblər.

Xəstəxandan verilən məlumata görə, Şahirə Muradova reanimasiya şöbəsindədir. Nəvəsi Elbrus Ağalarov ilkin yardımdan sonra evə buraxılıb. Hadisəni eşidən qonşular polisə məlumat veriblər. Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib araşdırmalara başlayıblar.

Mərhum Elbrus Muradovun nəvəsi İsrafil Səfərov deyib ki, babası əvvələr məktəb direktoru, nənəsi isə müəllimə işləyib. Onlar neçə illərdir təqaüdə çıxıblar və dayısı ilə hadisə baş verən ünvanda yaşayırmışlar. Xalasıoğlu Elbrus Ağalarov da yaxınlıqda qaldığından o hər gün işdən çıxaraq onlara baş çəkirmiş.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti