Xəzər Xəbər

Rusiyada elektrik stansiyası yanır VİDEO

Veb TV | 14:39 • 30 Noyabr 2022
Rusiyada  elektrik stansiyası yanır

Rusiyanın Perm şəhərində istilik elektrik stansiyasında (İES) güclü yanğın baş verib.

Rusiya mediası xəbər yayıb ki, stansiyada sexlərdən birinin dam örtüyü yanır.

Yanğın nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.

Ümumilikdə stansiyadan 500-dən çox insan təxliyə edilib.

Yanğının səbəbi hələ ki məlum deyil.

Xatırladaq ki, bu gün Rusiyanın Bryansk vilayətində içərisində neft məhsulları olan çənlərdə də yanğın qeydə alınıb.

Xəbər lenti