Xəzər Xəbər

"Rusiya sülhməramlıları qeyri-qanuni erməni silahlı dəstələrini dəstəkləyir" VİDEO

Veb TV | 19:59 • 28 Noyabr 2022
"Rusiya sülhməramlıları qeyri-qanuni erməni silahlı dəstələrini dəstəkləyir"

Təəssüf ki, Rusiyanın Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan məlumatlarda yaşayış məntəqələrimizin adları hələ də uydurma erməni toponimləri ilə qeyd olunur. Bundan başqa hər dəfə Qarabağ iqtisadi rayonu da "Dağlıq-Qarabağ ərazisi" kimi yazılır.

Xezerxeber.az-ın məlumatına görə, mövzu barədə danışan hərbi ekspert Ədalət Verdiyev deyir ki, bu hal ilk deyil.

İndiyə qədər Azərbaycan Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamalara baxmayaraq, bu adlar Rusiya tərəfindən erməni dilində dərc edilir. Ekspert deyir ki, bu addım bir daha Rusiya sülhməramlı kontingentinin bitərəf olmadığını göstərir.

Ekspert bildirir ki, Rusiya sülhməramlıları müvəqqəti nəzarət etdikləri Azərbaycan ərazilərində qeyri-qanuni erməni silahlı dəstələrinin hərəkətlərinə göz yumur.  Bunun nəticəsidir ki, sülhməramlıların nəzarətində olan Laçın yolu ilə qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Azərbaycan ərazilərinə silah-sursat və texnikalar daşınır.

Ekspert buna dair kifayət qədər fakt və təsdiqlənən vizual görüntülərin olduğunu bildirir. Azərbaycan ərazisində 2021-ci ilin istehsalı olan minaların tapılması bunu bir daha sübut edir.

Onun sözlərinə görə, bütün bu faktlar onu deməyə əsas verir ki, Rusiya sülhməramlıları qeyri-qanuni erməni silahlı dəstələrini dəstəkləyir, onların Azərbaycan ərazilərində qalmasının zəmanətçisi rolunda çıxış edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti