Xəzər Xəbər

Bakının nəqliyyat sistemi necə idarə edilir? VİDEO

Paytaxtda sıxlığı aradan qaldırmaq üçün 3-D elektron xəritə hazırlanacaq
Veb TV | 19:46 • 28 Noyabr 2022
Bakının nəqliyyat sistemi necə idarə edilir?

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtın nəqliyyat sisteminin düşünən beyni hesab edilir.

Prezident İlham Əliyevin fərmanı ilə bu mərkəz ilin əvvəlindən Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.

Mərkəzin rəisi Namidan Piriyev deyir ki, paytaxt yollarına növbəlilik əsasında 24 saat ciddi nəzarət edilir. Bütün bunlar rahat və fasiləsiz hərəkətin təşkilinə hesablanıb.

Daxili İşlər Nazirliyinin tabeliyinə verildikdən sonra Nəqliyyatı İntellektual İdaretmə Mərkəzində yol polisləri də fəaliyyət göstərir. Onlar monitorlara nəzarət edir və süni maneə səbəbindən sıxlıq yaşanan küçə və prospektlərlə bağlı dərhal ərazidə xidmət aparan yol patrul xidməti əməkdaşlarına məlumat verirlər.

Mərkəzdə əməkdaşlar tərəfindən günün pik saatlarında sıxlıq yaşanan küçə və prospektlərin təhlilləri aparılır. Bunun qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür.

Namidan Piriyevin sözlərinə görə, sürücülərin tıxacda qalmaması üçün yaxın gələcəkdə paytaxtın 3-D elektron xəritəsi hazırlanacaq.

Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev isə hesab edir ki, sentyabr ayından bu günə qədər şəhər ərazisində yaşanan güclü tıxac və sıxlığa səbəb sürücülərin avtomobilləri düzgün park etməmələridir. Belə sürücülər aşkar edildikdə onlara dayanma və durma qaydasını pozduqları üçün cərimə tətbiq edilir.

Qeyd edək ki, Nəqliyyatı İntellektual İdaəretmə Mərkəzi tərəfindən zərurət olduqda hərəkət istiqaməti intensivliyi az olan küçələrə doğru dəyişdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti