Xəzər Xəbər

İsmayıllıda at və uzunqulaq əti satılır? VİDEO

Həmin heyvanlara aid qalıqlar aşkarlanıb
Veb TV | 19:59 • 27 Noyabr 2022
İsmayıllıda at və uzunqulaq əti satılır?

İsmayıllı rayonunun Tingçilik adlanan ərazisində at və uzunqulaqlara aid sümüklər və dəri qalıqlarının görüntüləri yayılıb.

Xezerxeber.az-ın məlumatına görə, görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra həmin heyvanlara aid ətin rayonda ''mal əti'' adı ilə insanlara satıldığı ilə bağlı iddialar ortaya atılıb.

Amma rayon sakinləri hələ ki, belə hala rast gəlmədiklərini deyirlər.

İddiaların nə dərəcədə həqiqətəyə uyğunluğunu aydınlaşdırmaq üçün aidiyyəti qurumlar hərəkətə keçib.

Heyvan qalıqlarının ora hansı şəraitdə atılması araşdırılır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, aidiyyəti qurumlarla birgə keçirilmiş monitorinqlər zamanı rayon ərazisində at və uzunqulaq ətinin mal əti adı altında satılması iddiaları hələlik öz təsdiqini tapmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti