Xəzər Xəbər

Tovuzda yolun asfaltlanması işi yarımçıq qalıb - sakinlər narazıdır

Veb TV | 21:15 • 6 Noyabr 2022
Tovuzda yolun asfaltlanması işi yarımçıq qalıb - sakinlər narazıdır

Tovuz şəhərində Sovet İttifaqı Qəhrəmanı Yusif Sadıqov küçəsinin sakinləri yollarının asfaltlanmasından yeni asfalt örtüyünün çəkilməsinə seviniblər. Amma onların bu sevinci yarımçıq qalıb.

Çünki küçənin yalnız bir hissəsi asfaltlanıb və işlər yarımçıq saxlanıb.

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər deyirlər ki, belə vəziyyət bir aydır davam edir.

Sakinlər iddia edirlər ki, küçənin asfaltlanması zamanı yolun şəxsi vəsaitləri hesabına düzəltdikləri hissəsi yararsız hala düşüb.

Məsələ ilə bağlı Tovuz Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin baş məsləhətçisi Mübariz Məmmədov bildirib ki, asfalt örtüyünün döşənməsi işləri layihə üzrə həyata keçirilir. Yusif Sadıqov küçəsinin tam asfaltlanması növbəti illərdə yekunlaşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar