Xəzər Xəbər

Gəncədə və Tərtərdə qətl hadisələri törədilib VİDEO

Veb TV | 22:44 • 1 Oktyabr 2022
Gəncədə və Tərtərdə qətl hadisələri törədilib

Gəncədə 46 yaşlı kişi qətlə yetirilib.

Xezerxeber.az-ın məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə 3-cü mikrorayon yaşayış massivində şəhər sakini Fuad Abdulhalimovun naməlum şəxs tərəfindən boğaz nahiyəsindən aldığı bıçaq xəsarəti nəticəsində ölməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə Gəncə Şəhər Prokurorluğunun və 2-ci Polis Şöbəsinin əməkdaşları gələrək müvafiq araşdırmalar aparıb. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini 45 yaşlı Aftandil Kərimov saxlanılaraq prokurorluğa təhvil verilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Tərtərdə də qətl hadisəsi törədilib. 1970-ci il təvəllüdlü Müşviq Orucovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qohumu, 1970-ci il təvəllüdlü Ərəstun Orucovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Müşviq Orucovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda  cinayət işi başlanıb. Ərəstun Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti