Xəzər Xəbər

Tanımadıqları şəxslər mənzillərinə qeydiyyata düşüblər - Gəncə sakinləri problemlə üzləşiblər VİDEO

Veb TV | 20:26 • 29 Sentyabr 2022
Tanımadıqları şəxslər mənzillərinə qeydiyyata düşüblər - Gəncə sakinləri problemlə üzləşiblər

Tanımadıqları şəxslər Gəncə şəhər sakinlərinin yaşadıqları mənzillərə qeydiyyata düşüblər.

Xezerxeber.az-ın məlumatına görə, Gəncə şəhəri, Nəriman Nərimanov küçəsi 3-cü döngə ünvanında yerləşən 2-ci binada yaşayan Gülsüm Sadıqovaya bir ay əvvəl tanımadığı şəxs zəng edərək satdığı evdən qeydiyyatda olanları çıxarmağı tələb edib. O isə evini satmadığını bildirib.

Məsələni araşdırdıqdan sonra məlum olub ki, başqa bir ünvanda yerləşən satılmış ev onun adına qeydiyyatda görünür.

Daha sonra məlum olub ki, bu ərazidə yaşayan qonşuların əksəriyyəti eyni problemlə üzləşib.

Sakinlərdən kimisi yaşayış yeri haqqında arayış almaq istədikdə, kimisi də kommunal xidmətlərə görə ödəniş edərkən məsələdən xəbər tutub.

Mövzuya münasibət bildirən Əmlak Məsələləri Dövlət Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, ünvanla bağlı uyğunsuzluq olduğu təqdirdə mülk sahibi yeni ünvan verilməsi ilə bağlı sənədlərin əsli ilə müraciət etməlidir. Araşdırma aparıldıqdan sonra mənzilə yeni ünvan təyin olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti