Xəzər Xəbər

İnternetə qoşulma sürətinin ən yüksək olduğu ölkələr SİYAHI

Texnologiya | 18:08 • 17 Yanvar 2023
İnternetə qoşulma sürətinin ən yüksək olduğu ölkələr

İnternetə keyfiyyətli qoşulmaq imkanı artıq çoxdan bəri rahat həyatın zəruri şərti hesab edilir. Rabitə, kontentin gözdən keçirilməsi, taksi və ərzaq sifarişi, bir sıra başqa servislər öz yerində, insanların çoxu Şəbəkəyə qoşulmadan işləyə bilmir.

Analitiklər hər il müxtəlif ölkələrdə internetə qoşulma sürəti göstəricisinin orta qiymətini hesablayırlar.

AZƏRTAC “Vokruq sveta” nəşrinə istinadla xəbər verir ki, 2022-ci ilin yekunlarına görə, Birləşmiş Ərəb Əmirlikləri bu sahədə İspaniyanı ilk onluqdan sıxışdırıb, daha güclü irəliləyişə nail olan Çin isə orta göstəriciyə saniyədə 70 meqabit əlavə edib. Bütövlükdə ilk onluğa aşağıdakı ölkələr daxildir: Çili, Çin, Sinqapur, Tailand, Honkonq, ABŞ, Danimarka, BƏƏ, Monako və Rumıniya.

Mobil internet sahəsində vəziyyət bir qədər fərqlidir. Burada Çili ilk onluqda yoxdur. Qətər dövləti hələ futbol üzrə dünya çempionatı başa çatana qədər birinci yerə çıxıb (reytinq məlumatları təqvim ilini deyil, 2021-ci ilin noyabrından 2022-ci il noyabra qədər olan dövrü əhatə edir). Kipr, Küveyt və Səudiyyə Ərəbistanı ilk onluqdakı yerlərini Danimarka, Makao və Bruneyə güzəşt etməli olublar.

Xəbər lenti