Xəzər Xəbər

Fransa Ukraynaya döyüş tankları göndərəcək

Texnologiya | 09:36 • 5 Yanvar 2023
Fransa Ukraynaya döyüş tankları göndərəcək

Fransa Ukraynaya yüngül döyüş tankları çatdıracaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Yelisey sarayının açıqlamasında deyilir.

Bildirilib ki, Fransa Prezidentinin ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı olub. Telefon danışığından sonra Yelisey sarayı Fransa Prezidentinin Kiyevə verilən hərbi yardımı artırmaq istədiyini bildirərək, "AMX-10 RC" yüngül döyüş tanklarını çatdıracağını elan edib.

Məlumata görə, ilk dəfə Ukrayna Silahlı Qüvvələrinə Qərb proyektli tanklar verilir. Tankların sayı və çatdırılma tarixi haqqında məlumat verilməyib.

Qeyd edilib ki, "AMX-10 RC" yüngül tanklardır və rels üzərində deyil, təkərlər üzərindədir.

Xəbər lenti